İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nümayəndə heyəti Qazaxıstanın paytaxtı Astanada baş tutan Beynəlxalq Telekommunikasiya İttifaqının regional forumunda iştirak edib.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədrinin müavini Rəşəd Xalıqov, İT infrastrukturun idarəolunması departamentinin müdiri Bəhruz Hüseynov forum çərçivəsində keçirilən panel sessiyalarında çıxış ediblər. Agentlik nüaməyəndələri öz çıxışlarında ölkədə rəqəmsal hökumət istiqamətində görülən işlər və tətbiq olunan mexanizmlər barədə məlumat veriblər. Eyni zamanda rəqəmsal hökumət platforması olan “mygov”-un təqdim etdiyi xidmət və funksionallıqlar tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Qeyd edək ki, forumda ittifaqa üzv dövlətlər, sektor üzvləri, tərəfdaşlar və digər maraqlı tərəflər arasında regionda texnoloji inkişaf, rəqəmsal transformasiya, süni intellekt və digər müasir həllər üzrə mövcud vəziyyət və görüləcək tədbirlər müzakirə olunub.