SOSİUM

03 Aprel

“Əlçatan metro” layihəsi üzrə yeni daşıma hədlərinə doğru

Bakı metropolitenində 2019-cu ilin aprel ayından faktiki istifadəyə verilmiş “Əlçatan metro layihəsinin də sərnişinlərinin sayı artmaqdadır.

Fins.az xəbər verir ki, bu xidməti sifariş edənlərin statistikasının müqayisəli təhlilinə əsasən, 2023-cü ilin eyni dövrlərinə nəzərən, yanvar ayında 33,7 faiz, fevralda 50,7 faiz artıq müraciət qeydə alınmışdı. Mart ayının müqayisəli statistikası da artan templə davam edib. Ay ərzində 92 sifarişin hamısı yerinə yetirilib və xidmətdən imtina edən olmayıb. Məlumat üçün qeyd edək ki, 2023-cü ilin mart ayında layihədən 70 nəfər istifadə etmişdi. Bu isə təxminən 23,9 faiz artım deməkdir.

Ümumən, son iki ilin ilk rüblərini müqayisə etdikdə, “Əlçatan metro” layihəsinə müraciət edənlərin sayında cari il artım 37,8 faiz təşkil edib.