SOSİUM

03 Aprel

QR biletdən istifadə edənlərin sayı 20 faiz artıb

Bakı metropoliteninin bütün stansiyalarında 2023-cü il dekabr ayının 30-da istifadəyə verilmiş QR biletlə ödəmə sisteminin populyarlığı daha da artmaqdadır. Martda bu üsula müraciət edənlərin sayı əvvəlki ayla müqayisədə 20 faiz artıb. Belə ki, fevral ayında orta statistik hesabla gün ərzində 5104 sərnişin QR biletdən istifadə edibsə, martda bu rəqəm 5728 nəfər təşkil edib.

Fins.az xəbər verir ki, ümumiyyətlə, iş günlərində artım daha çox müşahidə olunub. Fevralın iş günlərində istifadəçi sayı 6 mindən artıq olurdusa, mart ayının hər iş günündə 7350-dən artıq istifadəçi sayı qeydə alınıb. Martın 5-də 8 min 410, ayın 28-də 8 min 84 QR ödəniş edilib.

Stansiyalar arasında rekord göstərici yenə “28 May” stansiyasına məxsusdur – 16 min 449 sərnişin. Ay ərzində QR biletdən cəmi istfadəçi sayı isə 177 min 567 təşkil edib.