SOSİUM

02 Aprel

Elektron vəkil orderindən növbəti ildən məcburi qaydada istifadə ediləcək

Artıq məhkəmələr tərəfindən dövlət hesabına vəkillərin ayrılması ilə bağlı təyinat qərarları onlayn qaydada insan faktoru olmadan müvafiq vəkil büroları arasında bölüşdürülür.

Fins.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasınən rəyasət heyətinin sədri Anar Bağırov bu gün keçirilən "Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər" mövzusunda konfransda deyib.

"Hesab edirik ki, məhkəməyəqədər istintaq mərhələsində də ərazi üzrə vəkil qurumunda fəaliyyət göstərən vəkillərin siyahısının şübhəli və ya təqsirləndirilən şəxsə təqdim edilməsi, onun həmin siyahıdan vəkil seçməsi, vəkilin dəvət olunması və s. məsələlər vahid elektron məkan üzərindən həll edilməlidir.

Görülən işlər içərisində ən mühümlərindən biri isə elektron vəkil orderinin istifadəyə verilməsi olub. Belə ki, artıq vətəndaşlar vəkil bürolarına getmədən, onlayn qaydada, dünyanın istənilən nöqtəsindən vəkillə hüquqi yardımın göstərilməsi barəsində müqavilə bağlaya bilir.

Elektron vəkil orderi artıq 2023-cü ildən 5 Vəkil Bürosunda pilot layihə kimi tətbiq edilib.Rəyasət Heyətinin 3 mart 2024-cü il tarixli qərarı ilə "Elektron vəkil orderi"nin cari ilin aprel ayından ilin sonuna qədər kağız daşıyıcı ilə paralel olaraq, növbəti ildən isə məcburi qaydada istifadə edilməsi nəzərdə tutulub".