Martın 29-da Bakı Fond Birjasının nümayəndə heyəti tərəfindən ADA Universitetində təhsil alan tələbələr üçün təqdimat keçirilib.
Fins.az xəbər verir ki, təqdimat zamanı Bakı Fond Birjasının fəaliyyəti, təklif edilən məhsul və xidmətlər, Azərbaycanın kapital bazarı və onun inkişafı perspektivləri haqqında tələbələrə məlumatlar verilib.
Tədbirin keçirilməsində məqsəd tələbələrin Bakı Fond Birjasının təqdim etdiyi imkanlar barədə məlumatlandırılması, iş yeri və gələcək karyera inkişafı ilə bağlı müzakirələrin aparılması olub.
Qeyd edək ki, 29 yanvar 2024-cü il tarixində Bakı Fond Birjası ilə ADA universiteti arasında əməkdaşlıq prinsiplərinə dair Anlaşma Memorandumu imzalanıb. Memorandum ADA Universitetində təhsil alan tələbələrin təhsil keyfiyyətinin və peşə fəaliyyətinin yaxşılaşdırılması məqsədi daşıyır.
Fuad Mədətov
Fins.az