Novruz bayramı ilə əlaqədar olaraq 20 - 26 mart tarixlərində növbəli iş qrafiki əsasında işləyən “Azərpoçt” 400 mindən çox vətəndaşa xidmət göstərib.
Fins.az "Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyətə istinadən xəbər iverir ki, Bakı şəhəri üzrə poçt, maliyyə və digər xidmətlərdən faydalanan vətəndaşların sayı 28,714, regionlarda isə 369,730 nəfər təşkil edib.
"Elektron kommersiya üzrə 20 minə yaxın əməliyyat icra olunub. Ölkə üzrə çatdırılan onlayn sifarişlərin 70 faizdən çoxu regionların payına düşür ki, bu da “Azərpoçt”un regionlardakı xidmətin keyfiyyətini qaldırması ilə birbaşa düz mütənasibdir", - deyə məlumatda bildirilib.
Qeyd edək ki, “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti geniş poçt şəbəkəsi ilə əhaliyə ənənəvi poçt xidmətləri ilə yanaşı, bank hesabı üzrə xidmətlər, elektron ödənişlər, sığorta və digər bu kimi qeyri-ənənəvi maliyyə xidmətləri, eləcə də elektron hökumət və pərakəndə biznes xidmətlərini təqdim edir.
Fuad Mədətov
Fins.az