Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən akkreditasiya olunmuş peşəkar mühasib təşkilatı kimi fəaliyyət göstərən Azərbaycan Professional Maliyyə Menecerlərı Assosiasiyası-APFM və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə 16 mart 2024-cü il tarixində APFM-in peşəkar mühasib üzvləri üçün “Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının yeni Qanununun tətbiqi” mövzusunda seminar keçirildi.
Fins.az xəbər verir ki, seminar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Dövlət Satınalmalarına nəzarət şöbəsinin müdiri Əhməd Həsənov tərəfindən təqdim olundu.
Seminar iştirakçılarına Qanunda nəzərdə tutulan əsas müddəalar haqqında məlumat verildi, nümunələr üzərindən ətraflı izah olundu. Qanunun tətbiqi ilə bağlı müzakirələr aparıldı, iştirakçıların çoxsaylı sualları cavablandırıldı.
Fuad Mədətov
Fins.az