SOSİUM

18 Mart

Daxil olmuş şikayətlərin sayı 27 faizdən çox azalıb

2024-cü ilin fevral ayı ərzində vergi orqanlarına ümumilikdə 32.459 müraciət daxil olub ki, bu da müvafiq dövrü ilə müqayisədə 2,1 faiz azdır. Müraciətlərdən 95,9 faizi ərizə, qalan hissəsi təklif və şikayət olub. 13 müraciətin icrası nəzarətə götürülüb.

Fins.az xəbər verir ki, müraciətlərin 79,4 faizinin baxılması fevral ayı ərzində başa çatdırılıb, 20,6 faizi isə hazırda icradadır. Baxılmış müraciətlərdən 69,2 faizi həll olunub, qalanları barədə qanunamüvafiq tədbirlər görülüb.

Daxil olmuş şikayətlərin 28 fazidən çoxu eyni və ya təkrar xarakterli olub. Şikayətlərin faktiki sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 27,2 faiz azalıb. Həll edilmiş şikayətlərin əksəriyyəri kameral vergi yoxlaması, riskli vergi ödəyicisi vergi ödəyicisinin qeydiyyatı, şəxsi hesab vərəqələri, sosial sığorta ödənişləri, maliyyə sanksiyasının silinməsi, vergi borcu və digər məsələlər ilə bağlı olub.

2024-cü ilin fevral ayı ərzində Dövlət Vergi Xidmətinin Aparatında müvafiq vəzifəli şəxslər tərəfindən ümumilikdə 36, o cümlədən şəhid ailəsi və müharibə iştirakçısı olan 4 vətəndaşın qəbulu təşkil edilib.Qəbul zamanı hər bir vətəndaşın müraciətinə fərdi qaydada yanaşılıb, onların qanuni tələblərinin müsbət həll olunması üçün lazımi tədbirlər görülüb, həlli imkan xaricində olan məsələlərlə bağlı qanunamüvafiq izahatlar verilib.