2023-cü ildə əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə dövlət büdcəsi xərclərinin 36%-i və ya 13,1 mlrd. manatı sosialyönlü xərclərin maliyyələşdirilməsinə yönəldilmişdir (artım 12,7%).
Fins.az-ın məlumatına görə, bunu Baş nazir Əli Əsədov Milli Məclisdə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deyib.
O qeyd edib ki, 2023-cü ildə minimum əmək haqları 15% artırılaraq 300 manatdan 345 manata çatdırılıb.
“Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan 700 min nəfər işçinin əməkhaqqı orta hesabla 15% artırılıb.
Həmçinin, minimum pensiya məbləği 16,7%, orta pensiya məbləği 17,3%, yaşa görə pensiya məbləği isə 16,5% artıb.
2023-cü il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi bərabərləşmiş və müvafiq olaraq 2022-ci illə müqayisədə 17% və 23% artırılaraq 246 manat müəyyən edilib.
2023-cü ildə təkcə əməkhaqqı və sosial ödənişlərdə yeni artımlar üçün əlavə 750 mln.manat vəsait ayrılıb və 1,9 milyon vətəndaşı əhatə edb”, - deyə Baş nazir vurğulayıb.