SOSİUM

15 Mart

Azərbaycanda əhalinin ümumi sayının 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri təşkil edir

Azərbaycan əhalisinin sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata görə, ölkə əhalisinin sayı ilin əvvəlindən 2891 nəfər və ya 0,03 faiz artaraq 2024-cü il fevral ayının 1-i vəziyyətinə 10183661 nəfər təşkil edib.

Əhalinin ümumi sayının 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

Fuad Mədətov
Fins.az