SOSİUM

11 Mart

Bakıda taksilərin sayı digər ölkələrdə olan saydan 4 dəfə çoxdur - AYNA-nın sədri

Bakıda fəaliyyət göstərən taksi avtomobillərinin 60 faizinin ili 15 ildən artıqdır.

Fins.az-ın məlumatına görə, bunu Yerüstü Nəqliyyat Agentliyi İdarə Heyətinin sədri Anar Rzayev Milli Məclisdə keçirilən “Nəqliyyatın idarə edilməsində yeniliklər və çağırışlar” mövzusunda dinləmədə deyib.

Onun sözlərinə görə, Bakıda taksilərin sayı digər ölkələrdə olan saydan 4 dəfə çoxdur və taksilər gün ərzində 24-25 gediş edir:

"Bir taksi şəxsi avtomobillə müqayisədə 8-9 dəfə çox gediş edir. 14 mindən çox taksi sürücüsü AYNA-nın təlimlərinə cəlb edilib. Bu proses davam edəcək”.