SOSİUM

11 Mart

Sabahdan 28 May metrosu qarşısında olan giriş şəxsi avtomobillər üçün bağlanacaq

Sabahdan 28 May metrosu qarşısında olan giriş şəxsi avtomobillər üçün bağlanacaq.

Fins.az-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib:

Onun sözlərinə görə, şəxsi avtomobillərin həmin əraziyə daxil olması qadağan ediləcək.

“Həmin ərazilər yalnız ictimai nəqliyyat üçün açıq olacaq. Bununla bağlı məlumat bu gün ictimaiyyətə açıqlanacaq”.

Fuad Mədətov
Fins.az