SOSİUM

11 Mart

Bu il metropoliten üçün əlavə 35 qatarın gətirilməsi planlaşdırılır - Rəhman Hümmətov

Dəmiryolları üçün 4 əlavə qatar alınıb və test edilir.

Fins.az-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.

Nazir müavininin sözlərinə görə, bu o deməkdir ki, cari ilin ərzində mövcud qatar parkımızı 2 dəfə artırmış olacayıq:

“Bu bizə imkan verəcək ki, yeni və mövcud istiqamətlərdə intensivliyi artıra bilək. Eyni zamanda metropoliten üçün bu il əlavə 35 qatarın gətirilməsi və xəttə buraxılması planlaşdırılır”.