Bakıda xəttə olan avtobusların sayı cədvəldə olan avtobusların sayından xeyli aşağıdır. 2200 avtobus əvəzinə 1700 avtobus xəttə çıxırdı.
Fins.az-ın məlumatına görə, bunu Yerüstü Nəqliyyat Agentliyi İdarə Heyətinin sədri Anar Rzayev Milli Məclisdə keçirilən “Nəqliyyatın idarə edilməsində yeniliklər və çağırışlar” mövzusunda dinləmədə deyib.
Onun sözlərinə görə, daşıyıcılarla aparılan iş nəticəsində avtobusların sayı artırılıb.
“Hazırda xəttə olan avtobusların sayı 2000-dən azdır. Avtobusların sayı 2500-ə çatdırılmalıdır ki, pik saatlarda tələbatı ödəsin”.