SOSİUM

11 Mart

Bakıda bir il ərzində nəqliyyat vasitələri ilə təxminən 2 milyard səfər edilib - Anar Rzayev

Bakıda bir il ərzində nəqliyyat vasitələri ilə təxminən 2 milyard səfər edilib.

Fins.az-ın məlumatına görə, bunu Yerüstü Nəqliyyat Agentliyi İdarə Heyətinin sədri Anar Rzayev Milli Məclisdə keçirilən “Nəqliyyatın idarə edilməsində yeniliklər və çağırışlar” mövzusunda dinləmədə deyib.

Onun sözlərinə görə, bu səfərlərin 52 faizi fərdi avtomobillərin və taksilərin payına düşür:

"Bu səfərlərin yalnız 28 faizi ictimai nəqliyyatın payına düşür. 2025-ci ilin sonuna qədər ictimai nəqliyyatın payının 41 faizə çatdırılması məqsəd kimi qarşıya qoyulub".

Fuad Mədətov
Fins.az