2023-cü il üzrə Dövlət Miqrasiya Xidmətinin əcnəbilərin respublika ərazisində haqqı ödənilən əmək fəaliyyətinə dair rəy verilməsi üçün Nazirliyin “Miqrasiya” altsistemi vasitəsilə 13,2 min müraciət daxil olub.
Fins.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında qeyd edilib.
Hesabata əsasən, müvafiq məlumatlar əsasında əcnəbilərin iş icazəsinə rəy verilməsinə dair müraciətlərə Miqrasiya Məcəlləsinə uyğun baxılıb, onlardan ümumilikdə 10,2 min nəfər olmaqla, 5,4 min nəfərə iş icazəsinin verilməsi, 4,8 min nəfərin isə iş icazəsinin müddətlərinin uzadılması məqsədəuyğun hesab edilib.
3 mindən çox şəxsə iş icazəsinin verilməsi məqsədəuyğun hesab edilməyib.
Fuad Mədətov
Fins.az