SOSİUM

26 Fevral

Bakıda orta aylıq əməkhaqqı artıb

2023-cü ildə Bakı şəhərində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 183 manat olub.

Bu barədə Fins.az Bakı şəhər Statistika İdarəsinə istinadən məlumat verib.

Bildirilir ki, orta aylıq nominal əməkhaqqı 2022-ci illə müqayisədə 6,8 % çoxdur.

Xatırladaq ki, 2023-cü ilin ilkin məlumatlarına əsasən Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilə nisbətən 11,2 % artaraq 933,8 manata çatıb.

Fuad Mədətov
Fins.az