Bu günə qədər sosial şǝbǝkǝlǝrdǝ hǝr yerdǝ Xocalıdan qaçan, ayağı üç gün qarın içindǝ qalan azyaşlı qızın videosu qarşıma çıxıb. Bir neçǝ saniyǝsinǝ baxsam da, ürǝyim ağrıyıb, axıra qǝdǝr izlǝyǝ bilmǝyib, ötürmüşǝm.
Ümumiyyǝtlǝ, Milli Qǝhrǝman Çingiz Mustafayevin Xocalıdan çǝkdiyi kadrlara 28 il boyunca heç vaxt baxa bilmǝmişǝm, özümdǝ o cǝsarǝti tapmamışam. Ona görǝ yox ki, videoda qan vǝ ya parçalanmış meyitlǝr var vǝ mǝn belǝ videolardan qorxuram. Sadǝcǝ, torpaqlarımız işğalda olduğu üçün, videoya baxıb tǝsirlǝnib amma ǝlimizdǝn heç nǝ gǝlǝ bilmǝdiyi üçün hǝmişǝ görüntülǝri izlǝmǝkdǝn qaçmışam... Çünki qanlarının yerdǝ qaldığını düşünüb özümü ruhları qarşısında boynu bükük hiss edirdim.
İllǝr sonra bütün cǝsarǝtimi toplayıb hǝmin videolara ilk dǝfǝ başdan axıra qǝdǝr baxdım. Videoya baxanda dǝhşǝtǝ gǝlmǝmǝk mümkün deyil. Amma bu dǝfǝ kadrları izlǝyǝndǝ düşüncǝlǝrim fǝrqliydi... Hǝm sǝhǝr saatlarında Xankǝndindǝ ermǝnilǝr tǝşviş vǝ qorxu içindǝ qaçarkǝn çǝkilǝn kadrlar, hǝm ǝsir götürülmüş ermǝnilǝrin diz çökmüş halda görüntülǝri, Xocalıda bayrağımızın dalğalanması. Artıq sözügedǝn videolara baxanda hǝmin utanc hissini keçirmirǝm, ǝksinǝ, qisaslarının alındığını düşünürǝm.
Bu gün Xocalıda tapılmış kütləvi məzarlıqlar da soyqırımın dəhşətini bir daha sübut edir. Xocalı faciəsi insanlığa, bəşəriyyətə qarşı törədilmiş bir cinayət idi. Hələ 1991-ci ilin oktyabr ayından şəhər tamamilə Ermənistan silahlı qüvvələri tərəfindən mühasirəyə alındı. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə kütləvi artilleriya zərbələrinin ardınca Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalının işğal etdilər. İşğalçılar Xocalını darmadağın edərək xüsusi amansızlıqla onun dinc əhalisinin soyqırımını törətdilər.Xocalı soyqırımı zamanı şəhərin 5379 nəfər əhalisi deportasiya olundu, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qaldı (onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil), 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aldı, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu, 8 ailə tamamilə məhv edildi, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərdən hər ikisini itirdi, 613 nəfər, o cümlədən 63 uşaq, 70 qoca, 106 qadın işgəncə verilməklə vəhşicəsinə öldürüldü.
©Milli.az