SOSİUM

22 Fevral

DSMF-nin aktivləri 47,55 % artıb - MALİYYƏ HESABATI

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) 2022-ci ili 24,36 milyon manat mənfəətlə başa vurub. Halbuki, Fond 2021-ci ildən 4,69 milyon manat zərərlə çıxmışdı.

Fins.az bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.

2023-cü il yanvarın 1-nə DSMF-nin aktivləri 5 milyard 906,328 milyon manat olub ki, bu da illik müqayisədə 47,55 % çoxdur. Hesabat dövründə Fondun öhdəlikləri 47,3 % artaraq 5 milyard 854,031 milyon manata, balans kapitalı isə 85,7 % artaraq 52,297 milyon manata çatıb.

Xatırladaq ki, DSMF 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 5 milyon manatdır. Fond məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, dövlət icbari şəxsi sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.

Fuad Mədətov
Fins.az