SOSİUM

16 Fevral

Azərbaycanda 15 540 şəxsə peşəyönümlü xidmətlər göstərilib

Yanvar ayında 17 min nəfər işlə təmin edilib.

Bu barədə Fins.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyindən məlumat verilib.

Qeyd edilib ki, agentlik tərəfindən bu ilin yanvar ayında 33 mindən artıq şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub. Onlardan 17 min nəfəri işlə təmin edilib. 476 nəfər işsiz şəxs üçün isə işəgötürənlərlə əməkdaşlıq çərçivəsində peşə hazırlığı kursları təşkil edilib.

Digər bir istiqamət olaraq 15 540 şəxsə peşəyönümlü xidmətlər göstərilib.

Fuad Mədətov
Fins.az