SOSİUM

16 Fevral

“Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirilib

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev mentorluq proqramı çərçivəsində üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Əsəd Qurbanzadə və Fərid İsayevlə görüşüb.

Fins.az xəbər verir ki, iqtisadiyyat nazirinin birinci müavini müsabiqədə uğur qazanmaları münasibətilə qalibləri təbrik edib, “Yüksəliş”in onların fərdi inkişafı və gələcək karyerasında önəmini vurğulayıb. Görüşdə qaliblərin hazırda çalışdıqları sahələr üzrə təcrübələri, maraq göstərdikləri istiqamətlər, inkişaf məqsədləri barədə fikirləri dinlənilib.

Müsabiqə qalibləri təcrübəli rəhbərlərin mentorluğu ilə peşəkarlıqlarının artırılmasına, dövlət sektorunda idarəçilik təcrübəsinə yiyələnməyə maraqlarını ifadə edib, bu sahədə mentorluq proqramının faydalı olacağını bildiriblər.

Görüşdə karyera üçün potensial yol xəritəsi, idarəetmə ilə bağlı müasir yanaşmaların tətbiqinə dair fikir mübadiləsi aparılıb, qaliblərə dövlət sektorunda idarəetməyə dair bilik və bacarıqların artırılması ilə bağlı tövsiyələr verilib.

Günel Məlikzadə
Fins.az