Ötən il Azərbaycanda 60150 ölüm halı qeydə alınıb.
Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata görə, 2022-ci illə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 6-dan 5,9-a düşüb.
Ölənlərin 3156 nəfəri (5,2 faizi) 0-17 yaşda, 6342 nəfəri (10,6 faizi) 18-49 yaşda, 15655 nəfəri (26 faizi) 50-64 yaşda, 34997 nəfəri (58,2 faizi) isə 65 və yuxarı yaşda olub.
Fuad Mədətov
Fins.az