SOSİUM

15 Fevral

Boşanmaların sayı 2,1-ə qədər artıb

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2023-cü il ərzində ölkədə 54200 nikaha daxilolma və 21688 boşanma halları qeydə alınıb.

Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata görə, 2022-ci illə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq, 6,1-dən 5,3-ə düşüb, boşanmaların sayı isə 1,6-dan 2,1-ə qədər artıb.

Nikah səviyyəsi Bakı şəhəri (5,6), Şərqi Zəngəzur (6,2), Qarabağ (6,1), Mil-Muğan (5,9), Dağlıq Şirvan (5,8), Şirvan-Salyan (5,7), Qazax-Tovuz və Mərkəzi Aran (5,5), Quba-Xaçmaz (5,4) iqtisadi rayonlarında ölkə göstəricisindən yüksək olub.

Fuad Mədətov
Fins.az