İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) həyata keçirdiyi “Technest” Təqaüd Proqramının yeni tədris dalğası üzrə dərslərə start verilib.
Proqram çərçivəsində Bakı və 29 regiondan bütün mərhələləri uğurla keçən 1863 nəfər təqaüdlü təhsilə cəlb olunub. Təqaüdçülərin 45%-ni qızlar, 55%-ni oğlanlar təşkil edir.
Dərslər İKT sahəsində fəaliyyət göstərən 30-dan çox tərəfdaş tədris mərkəzinin təqdim etdiyi 50-dən çox ixtisas üzrə həyata keçirilir. Tədris seçilən ixtisas və tədris mərkəzindən asılı olaraq 3,6 və 9 ay müddətində davam edəcək.
Qeyd edək ki, ötən ilin oktyabr ayında start verilən qeydiyyat zamanı ölkə üzrə ümumilikdə 20 mindən çox şəxs proqrama müraciət edib.
Xatırladaq ki “Technest” Təqaüd Proqramı İKT sahəsində kadr potensialının artırılması məqsədilə həyata keçirilir. “Technest” çərçivəsində 2021-ci ildə — 671, 2022-ci ildə — 782, 2023-cü ildə — 4006 nəfərə təqaüd ayrılıb. Bu rəqəmin 2024 –cü ildə 5000 olması hədəflənir. Bununla yanaşı proqram çərçivəsində 26 regiondan üzrə 1050 nəfərə təqaüd verilib. Məktəbliləri istisna etməklə “Technest” məzunların məşğulluq səviyyəsihazırda 90%-dən yuxarıdır.