SOSİUM

06 Fevral

Türkiyənin hazırkı əhalisi açıqlanıb!

Türkiyə Statistika Təşkilatı (TÜİK) Türkiyə əhalisi ilə bağlı araşdırmanı paylaşıb. Ünvanlı Əhalinin Qeydiyyatı Sisteminin (ADNKS) nəticələrinə əsasən, ölkəmizdə əhalinin sayında artım müşahidə olunub. Araşdırma 31 dekabr 2023-cü il tarixinə aparılıb.

Fins.az xəbər verir ki, TÜİK Türkiyədə yaşayan əhalinin bir əvvəlki ilə görə 92 min 824 nəfər artdığını açıqlayıb. Beləliklə, Türkiyə əhalisinin sayı 85 milyon 372 min 377 nəfərə çatıb. Əhalinin 42 milyon 638 min 306-sı qadın olduğu halda, kişilərin sayının 42 milyon 734 min 71 açıqlanıb.

Hesabata görə, İstanbulda yaşayanların sayı əvvəlki ilə nisbətən 252 min 27 nəfər azalıb. Beləliklə, İstanbulun əhalisi 15 milyon 655 min 924 nəfərə qədər azalıb. Şəhərdə yaşayanların sayı Türkiyənin 18,34%-ünü təşkil edir. İstanbulu 5 milyon 803 min 482 nəfərlə Ankara, 4 milyon 479 min 525 nəfərlə İzmir, 3 milyon 214 min 571 nəfərlə Bursa və 2 milyon 696 min 249 nəfərlə Antalya izlədi.

Digər tərəfdən ən az əhalisi olan il isə gözlənildiyi kimi 86 min 47 nəfərlə Bayburt oldu. Bayburtdan sonra 89 min 317 nəfərlə Tunceli, 92 min 819 nəfərlə Ardahan, 148 min 539 nəfərlə Gümüşhane və 155 min 179 nəfərlə Kilis gəlir.

Əhalini yeni doğulmuşdan böyüyə qədər təşkil edən insanların yaşları kiçikdən böyüyə sıralandıqda ortada olan şəxsin yaşı kimi ifadə edilən “orta yaş” 34 olaraq təyin olundu. Türkiyədə kvadrat kilometrə 111 nəfər olduğu halda, İstanbulda 3 min 13 nəfər olub. Nəhayət, ölkəmizdə yaşayan əcnəbi əhalinin sayı əvvəlki illə müqayisədə 253 min 293 nəfər azalaraq 1 milyon 570 min 543 nəfərə çatıb.

Günel Məlikzadə
Fins.az