SOSİUM

06 Fevral

Mavi okean strategiyası: Rəqiblərə qalib gəlməyin ən yaxşı yolu onlarla mübarizə APARMAMAQDADIR

Dünayanın tanınmış professorları Çan Kim və Rene Mobornun qələmə aldıqları "Mavi okean strategiyası" adlı kitabına Azərbaycan dilində sahib olmaq mümkündür.

Fins.az xəbər verir ki, "Mavi okean startegiyası" dünyanın 40 dilinə tərcümə edilmiş ən məşhur strategiya kitabıdır. Bu strategiyanın çox sadə ideyası var: Rəqiblərə qalib gəlməyin ən yaxşı yolu onlarla mübarizə aparmamaqdır. “Strategiya”nın müəllifləri kənara çəkilib yenilik etməyin yeganə yol olmasına əmindirlər.  Bu zaman sizin biznesiniz “Mavi okean”ın sakit sularında inkişaf edəcək. Kitabda Çan Kim və Moborn şirkəti rəqabət stressindən çıxartmaq və yeni biznes modelinin yaratmaq üçün ətraflı təlimatlar təklif edirlər.

Çan Kim – professor, İNSEAD strategiya və beynəlxalq menecment kafedrasının rəhbəridir. Dünya üzrə ən məşhur biznes konsultantıdır və Sinqapurda “Value Innovation Action Tank”ın direktorlar şurasının üzvüdür.

Rene Moborn – İNSEAD-in fəxri elmi işçisi, strategiya və beynəlxalq menecment kafedrasının professoru, Davos beynəlxalq iqtisadi forumunun üzvüdür. Beynəlxalq korporasiyalarda menecment haqqında bir sıra məqalələrin müəllifidir.

Fuad Mədətov
Fins.az