Əvvəllər “Leo Barnet” reklam agentliyinin kreativ direktoru olmuş Levinson “Malboro kovboyu” obrazının yaradıcısı Cey Konrad Levinsonun qələmə aldığı "Partizan marketinqi. Kiçik xərclərlə gəlir əldə etmə üsulları" adlı kitabına Azərbaycan dilində sahib olmaq mümkündür.
Fins.az xəbər verir ki, ilk dəfə 1984-cü ildə dərc edilən kitab marketinqin klassikasına aid edilir və marketoloqlar tərəfindən oxunması məcburidir. Kitabda bəhs olunan strategiya kiçik şirkətlərin cüzi marketinq büdcəsi ilə necə kreativlik işlədərək daha güclü və böyük rəqiblərlərlə rəqabət apara bilməsini haqqındadır. Levinson yeni kitabında partizan fəndlərinin siyahısını böyüdərək, həmçinin internet sahəsinin istifadəsini də siyahıya salıb. Bu kitab milyon tirajlarla çap edilmiş, Levinsonun partizan marketinq kursu isə MBA təhsil proqramına salınmışdır.
C.K.Levinson 10-dan çox “partizan marketinq”i kitabların müəllifidir. O, 62 dilə tərcümə edilmiş və 21 milyon nüsxədən çox satılmış 58 kitabın müəllifi və həmmüəllifidir.
Fuad Mədətov
Fins.az