SOSİUM

18 Yanvar

Ötən il  göstərilmiş informasiya və rabitə xidmətlərinin həcmi 16,3 faiz artıb

Ötən il Azərbaycanda informasiya və rabitə müəssisələri tərəfindən 3206,5 milyon manatlıq xidmət göstərilib.

Fins.az Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, göstərilən xidmətlərin 71,8 faizi əhali sektoruna aid olub.

2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 2023-cü ildə göstərilmiş informasiya və rabitə xidmətlərinin həcmi 16,3 faiz artıb.

Bu sahədə əldə edilmiş gəlirin 83,8 faizi qeyri-dövlət sektorunun payına düşüb.

Fuad Mədətov
Fins.az