Ölkənin ali təhsil müəssisələrində Azərbaycan vətəndaşları ilə yanaşı, 93 xarici ölkədən 7,7 min tələbə də təhsil alır.
Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, əcnəbi tələbələrin sırasında Türkiyə, İran, Rusiya, Gürcüstan, Hindistan, Pakistan, Suriya, İraq və Nigeriya vətəndaşları üstünlük təşkil edir.
Bundan başqa, 2023-2024-cü tədris ilinin əvvəlinə xarici ölkələrdə dövlət xətti ilə təhsil alan tələbələrin sayı 997 nəfər təşkil edib. Xaricdə təhsil alan gənclərin 33,1 faizi Bakı, 66,9 faizi isə Azərbaycanın müxtəlif regionlarında yerləşən məktəblərin məzunlarıdır.
Tələbələrin əksəriyyəti Türkiyə, Macarıstan, Rusiya və Çinin ali təhsil müəssisələrində təhsil alır.
Fuad Mədətov
Fins.az