Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əmək haqlarına edilən əlavənin müddəti uzadılıb.
Fins.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, bu müddət aprelin 2-dək uzadılıb.
Qeyd edək ki, əvvəl bu müddət yanvarın 2-dək nəzərdə tutulmuşdu.
Günel Məlikzadə
Fins.az