SOSİUM

16 Yanvar

"Azərbaycan Dəmir Yolları" QSC həftəsonu 19 mindən çox sərnişin daşıyıb

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) həftəsonu 19 mindən çox sərnişini rahat və təhlükəsiz mənzilbaşına çatdırıb.

Fins.az bu barədə ADY-yə istinadən xəbər verir.

Məlumata görə, Abşeron dairəvi dəmir yolu xətti üzrə 16 778 sərnişin, Bakı-Ağstafa-Bakı üzrə 1 679 sərnişin, Bakı-Qəbələ-Bakı marşrutu üzrə isə 564 sərnişin səfər edib.

Həmçinin 13-14 yanvar tarixlərində ADY-nin 24/7 fəaliyyət göstərən Əlaqə Mərkəzi tərəfindən 1 706 müraciət cavablandırılıb.

Fuad Mədətov
Fins.az