SOSİUM

16 Yanvar

Qazilərə hazırda 80 manat sosial ödəniş təyin edilir - Nazir müavini

Qazilərə hazırda 80 manat sosial ödəniş təyin edilir.

Fins.az xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev mətbuat konfransı zamanı deyib.

Onun sözlərinə görə, qazilərin işlə təmini məsələsində nazirlik tərəfindən müəyyən işlər aparılır:

"Düşünürəm ki, gələcəkdə əhaliyə ödənilən sosial ödənişlərin artırılması məsələsinə baxıla bilər”.

Fuad Mədətov
Fins.az