SOSİUM

16 Yanvar

Əmək münasibətlərinin pozulmasına görə cərimələrin ümumi məbləği 3 milyon 820 min manat təşkil edib

2023-cü ildə istehsalatda 465 hadisə qeydə alınıb.

Fins.az xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev mətbuat konfransı zamanı deyib.

Onun sözlərinə görə, istehsalatda baş vermiş bədbəxt hadisələr nəticəsində 78 nəfər ölüb, 431 nəfər xəsarət alıb:

"Əmək münasibətlərinin pozulmasına görə, 1776 inzibati cərimə tətbiq olunub, cərimələrin ümumi məbləği 3 milyon 820 min manat təşkil edib və 1 milyon 780 min manat məbləğində cərimə ödənilib".

Fuad Mədətov
Fins.az