SOSİUM

16 Yanvar

Bakının bu ərazilərində beş mərtəbədən hündür bina tikintisinə icazə verilməyəcək - Anar Quliyev

Bakıda 1000 hektardan çox ərazi var ki, burada xüsusi mühafizə olunan zona təyin olunub.

Fins.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planının təqdimatı mərasimində deyib.

Onun sözlərinə görə, burada tarixi abidələrin sıxlığı nəzərə alınıb və orada tikinti məsələlərinə məhdudiyyət qoyulub:

"Bu ərazilərdə beş mərtəbədən hündür bina tikintisinə icazə verilməyəcək. Xüsusilə şəhərin mərkəzində tarixi mədəni irsə hörmət nəzərə alınaraq ciddi addımlar atılacaq”.

Fuad Mədətov
Fins.az