Çikaqo universitetinin iqtisadiyyat üzrə professoru Stiven Levitt və yazıçı, "The New York Times Magazine" jurnalının redaktoru vəzifəsində çalışmış Stefan Dabnerin birgə qələmə aldıqları "Frikonomika. Baş verən hadisələr arasında gözlənilməz baglantılar haqqında fikirlər" kitabına Azərbaycan dilində sahib olmaq mümkündür.
Fins.az xəbər verir ki, müəlliflərin qələmə aldığı kitabda sadə və aydın nümunələrlə iqtisadiyyatın yalnız tələb və təklif əyrilərindən ibarət olmamasından, ilk növbədə insanların tələb və təklifi formalaşdırmasından bəhs edir.
Müəlliflər – cavan alim iqtisadçı Stiven Levitt və jurnalist Stefan Dabner çox fərqli bir xüsusiyyətə sahibdirlər. Onlar indiyənədək heç kimin ağlına gəlməyən sadə suallara cavab axtarırlar və xüsusi meyarlarla ölçərək müasir dünyanın asanlıqla dərk olunması tezisini təsdiqləyirlər.
Müəlliflərdən biri Stiven Levitt 40 yaşına qədər ən nüfuzlu iqtisadçı olaraq "Con Beyts Klark" medalı ilə təltif olunub.
Fuad Mədətov
Fins.az