SOSİUM

10 Yanvar

Ötən il pensiyaların orta aylıq məbləği artıb

Pensiya ödənişləri 2023-cü ildə 781 milyon manat və ya 16 faiz artaraq, 5 milyard 726 milyon manat təşkil edib.

Fins.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov mətbuat konfransında çıxışında deyib.

Onun sözlərinə görə, ötən il pensiyaların orta aylıq məbləği 17 faiz artaraq, 436 manata, yaşa görə pensiyaların orta aylıq məbləği 17 faiz artaraq, 467 manata çatıb.

Fuad Mədətov
Fins.az