2023-cü ildə 40 təhsil müəssisəsində tikinti-quraşdırma işləri aparılıb.
Fins.az-ın məlumatına görə, bu barədə Elm və Təhsil Nazirliyi (ETN) məlumat yayıb.
Bildirilib ki, həmin təhsil müəssisələrindən 3-ü peşə, 3-ü məktəbdənkənar, 1-i internattipli, 33-ü ümumi təhsil müəssisəsidir.
Həmçinin, 61 təhsil müəssisəsi (59 ümumi, 2 peşə) əsaslı, 890 təhsil müəssisəsi (853 ümumi, 20 peşə, 4 məktəbdənkənar, 12 internat, 1 kollec) ötən il təmir olunub.
Fuad Mədətov
Fins.az