SOSİUM

09 Yanvar

Binəqədi rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq

"Daş Butka” QTM-dən qidalanan orta təzyiqli istismara yararsız yeraltı qaz xəttinin bir hissəsinin əvəzlənməsi, eləcə də yeni çəkilmiş yeraltı qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi məqsədilə “Sərdarov zavodu” orta təzyiqli qaz xəttindən 09.01.2024-cü il saat 09:30-dan qaz təchizatının dayandırılması planlaşdırılıb.

“Azəriqaz” İstehsalat Birliyindən “Fins.az”a verilən məlumata görə, təmir-quraşdırma işləri aparılan müddətdə Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsinin bir hissəsinin, Biləcəri qəsəbəsində Ordubadi küçəsinin, I,II,III Mədən, Baksol yolu və Binəqədi şosesi adlanan yaşayış ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Günel Məlikzadə
Fins.az