Sahibkar, yazıçı, "Yahoo!" şirkətinin marketinq üzrə eks vitse-prezidenti Set Qodinin "Bənövşəyi İnək" adlı kitabını Azərbaycan dilində sahib olmaq mümkündür.
Fins.az xəbər verir ki, yazıçının qələmə aldığı kitabda marketinqin xüsusi amillərindən bəhs edilir. Belə ki, çox vaxt yaxşı məhsulun olması sizin bazardakı mövqeyinizi möhkəmlətmir. Ətrafda o qədər çox reklam var ki, bizim şüurumuz reklam mesajlarını dərk etməkdən imtina edir. İstehlakçı süzgəcindən keçmək üçün isə sizə qeyri-adi bir məhsul – Bənövşəyi İnək lazımdır.
Məlumat üçün bildər ki, S.Qodin internet sahəsinin inkişafına əhəmiyyətli töhfə vermiş insanları mükafatlandıran "Momentum" mükafatının laureatıdır. O, "Fast Company" jurnalının daimi müəllifidir.
Fuad Mədətov
Fins.az