Çin Film Akademiyasının dərc etdiyi məlumatlara görə, il ərzində ölkədə 1,3 milyarda yaxın bilet satılıb.
Fins.az xəbər verir ki, onun kassa gəliri 54,91 milyard yuanı (7,75 milyard dollar) keçərək, bütün zamanların dördüncü ən yüksək illik göstəricisinə çatıb.
Kassada ən çox gəlir gətirən istehsal Çin rejissoru Cang Yimou-nun "Full Red River" tarixi filmi olub, daha sonra elmi-fantastik janrda çəkilmiş "Wandering Earth-2" və "No More Bets" detektiv dramı olub.
Çin kassa gəlirlərinə görə ABŞ-dan sonra ikinci yerdədir. 2023-cü ildə ABŞ-da kassa gəliri 9 milyard dolları keçib.
Günel Məlikzadə
Fins.az