SOSİUM

29 Dekabr

Türk dövlətlərinin iqtisadi birliyinin nəzəri əsaslarına dair fundamental kitab

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən nəşr edilən “İqtisadi islahatlar” elmi-analitik jurnalının 8-ci sayını təqdim edib.

Fins.az xəbər verir ki, jurnalda dərc olunan "Türk dövlətlərinin iqtisadi birliyinin nəzəri əsaslarına dair fundamental kitab" adlı məqalənin müəllifi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Idarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərovdur.

 

Məqalədə qeyd olunub:

"Bu günlərdə türk dövlətlərini bu ölkələrin qarşılıqlı əməkdaşlıqları nəzərə alınmaqla bir platformada iqtisadi cəhətdən xarakterizə edən “Türk dövlətləri iqtisadiyyatı” adlı kitab çapdan çıxıb. Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan və Türkmənistanın iqtisadiyyatlarını əhatə edən kitab türk dünyası tarixində ilk sistemli fundamental elmi əsərdir.

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və Türk Dövlətləri Təşkilatı (TDT) Katibliyinin birgə nəşr etdirdiyi “Türk dövlətləri iqtisadiyyatı” kitabı müasir qloballaşma dövründə türk dünyasının iqtisadi birliyinin elmi-nəzəri əsasları kimi xüsusi əhəmiyyət kəsb edir".

Fuad Mədətov
Fins.az