İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlının “Azərbaycan Rəqəmsal Qovşağı: fəaliyyətdə olan strategiya” adlı elmi məqaləsi Rusiyanın “İnteraktiv elm” elmi jurnalında dərc olunub.
Fins.az xəbər verir ki, məqalədə qeyd olunur ki, qlobal internet trafiki artmaqda davam etdikcə, dünya ölkələri bu sürətli transformasiya ilə ayaqlaşmaq üçün rəqəmsal strategiyalara üstünlük verirlər. Zəngin neft-qaz ölkəsi olmaqla yanaşı, iqtisadiyyatını sürətlə şaxələndirməyə çalışan Azərbaycan da rəqəmsal dünyanın əsas oyunçusu olmaq üçün strateji yanaşma ortaya qoyub. Azərbaycanın nümayiş etdirdiyi rəqəmsal qovşaq yanaşması rəqəmsal İpək Yolu, regional data mərkəz, internet məlumat mübadilə mərkəzi və ümumiyyətlə rəqəmsal ekosistemin inkişafını əhatə edən hərtərəfli proqramdır. Bu qovşağın məqsədi İpək Yolu boyunca internetin xəritəsini dəyişdirmək və üç ardıcıl mərhələdən (ideya, inkubasiya və miqyaslılıq) keçərək radikal dəyişikliklər qarşısında inkişaf etməkdir. Məqalədə, həmçinin Azərbaycanın rəqəmsal qovşağın yaradılmasında etdiyi strateji seçim və onun ölkə iqtisadiyyatına potensial təsiri vurğulanır.
Məqalənin tam mətni ilə bu link vasitəsilə tanış ola bilərsiniz.
//interactive-plus.ru/e-articles/893/Action893-561238.pdf
Günel Məlikzadə
Fins.az