SOSİUM

25 Dekabr

“Sarafan marketinqi” kitabı - şirkət haqqında daha effektiv bir alət

Sarafan marketinq üzrə ixtisaslaşan “Gas Pedal” konsaltinq şirkətinin və “SocialMedia.org” cəmiyyətinin rəhbəri Endi Sernovitsin yazdığı “Sarafan marketinqi” kitabını Azərbaycan dilində sahib olmaq mümkündür.

Fins.az xəbər verir ki, “Sarafan marketinqi” kitabı şirkət haqqında müsbət söz-söhbətin və şayiələrin TV reklamdan da daha effektiv bir alət olmasından danışır. Müəllif nümunələr və təlimatların köməyi ilə məhsul haqqında pozitiv söz-söhbətin yaradılmasını ətraflı təsvir edir. Əslində bu kitab məmnun müştərilərin digərlərinə məsləhət görərək, bu və ya digər xidmətlərin və ya məhsulların niyə görə xoşlandıqlarını danışaraq, pulsuz reklam etmələri haqqındadır. Sarafan marketinqinə insanlar daha çox inanırlar, çünki məsləhət görən insanın bu prosesdə çox vaxt şəxsi marağı olmur.

Qeyd edək ki, Endi Sernovits “Şimali-Qərb” universitetində sarafan marketinqi və “Uorton” biznes məktəbində isə internet sahibkarlıq fənnindən dərs deyir. O, 6 yeni şirkətə start verib, həmçinin Sarafan Marketinqi və İnteraktiv Marketinq Assosiasiyalarının əsasını qoyub.

Fuad Mədətov
Fins.az