SOSİUM

21 Dekabr

Vüsal Qasımlının süni intellektlə bağlı məqaləsi Kanadada indeksli topluda dərc olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlının “Azərbaycanda proqram əsaslı idarəetmədə süni intellektin tətbiqi” (Implementation of AI in Program-Based Governance in Azerbaijan) adlı məqaləsi Kanadada "InterConf+" elmi toplusu və “Müasir bilik: Tədqiqatlar və kəşflər” 2-ci Beynəlxalq Elmi-Praktik Konfrans materiallarında dərc olunub. Bu nəşr "Google Scholar, CrossRef, OUCI, Scilit, WorldCat, Mendeley və Index Copernicus" elmi bazasında indekslənib. Məqalənin digər həmmüəllifi İİTKM-in şöbə müdiri İsmət Mehrəliyevadır.

Qurumdan Fins.az-a verilən məlumata görə, məqalədə Azərbaycanın Respublikasında dövlət strategiyasının rəqəmsal platformada və real vaxt rejimində idarəetməsi təhlil edilir. Araşdırmada bu kontekstdə mövcud vəziyyət, çağırışlar və süni intellekt həllərinin tətbiqi şərh olunur.

Qeyd edək ki, elmi nəşrdə Kanada, İtaliya, Polşa, Litva, Türkiyə, Malayziya, Hindistan, Serbiya, Efiopiya, Çin və başqa ölkələrdən olan alimlərin əsəsrləri də işıq üzü görüb. Məqalə ilə bu link vasitəsilə tanış olmaq mümkündür: //archive.interconf.center/index.php/2709-4685/issue/view/19-20.12.2023  (səh. 549-557).

Günel Məlikzadə
Fins.az