SOSİUM

21 Dekabr

Bakıda Azərbaycan-Türkiyə İnvestisiya Forumu başlayıb

Bakıda Azərbaycan-Türkiyə İnvestisiya Forumu başlayıb.

Fins.az xəbər verir ki, forum çərçivəsində Azərbaycan-Türkiyə əməkdaşlığının müxtəlif istiqamətlər üzrə genişləndirilməsi imkanları nəzərdən keçiriləcək, investisiya üzrə əməkdaşlıq sazişi və müqavilələri imzalanacaq.

Tədbirdə hər iki ölkədən dövlət qurumları və özəl sektoru təmsil edən 600-dən çox nümayəndə iştirak edəcək.

Forum çərçivəsində investisiya, ticarət, kənd təsərrüfatı, müdafiə sənayesi, "yaşıl" enerji, sağlamlıq turizmi sektorlarını əhatə edən panel sessiyalar keçiriləcək.

Bununla yanaşı, sahibkarlar arasında B2B görüşlər təşkil olunacaq.

Fuad Mədətov
Fins.az