Növbəti ildə Bakıda avtobusların elektrik avtobusları hesabına yenilənməsi layihəsinin icrası nəzərdə tutulub.
Fins.az-ın xəbərinə görə, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Azərbaycanda mobilliyin transformasiyası proqramının təqdimatı zamanı deyib.
“Bildiyiniz kimi, növbəti il Azərbaycan “COP-29”a ev sahibliyi edəcək. Növbəti ildən biz yeni elektrik avtobuslarını Bakı küçələrində daha sıx görəcəyik”, - Rəhman Hümmətov qeyd edib.
Bundan başqa, mövcud marşrut xətlərində avtobusların problemindən danışan R.Hümmətov əlavə edib ki, hazırda Bakıda 400-ə yaxın avtobus müasir tələblərə cavab vermir.
Günel Məlikzadə
Fins.az