Dünən Bakı Fond Birjasının əməkdaşları UNDP (Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı) təşkil etdiyi “Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsipləri” təcrübə mübadiləsi tədbirində iştirak edib.
Qurumdan Fins.az-a verilən məlumata görə, tədbir zamanı özəl sektorda gender bərabərliyinin tövhələri, gender boşluqlarının azaldılmasına dair təşəbbüslər, qadın səlahiyyətlərini artırılmasında ticarət palatalarının rolu və digər mövzularda geniş müzakirələr aparılıb.
Qeyd edək ki, Bakı Fond Birjası cari ilin fevral ayında BMT-nin Qadın Agentliyi və BMT Qlobal Sazişinin təşəbbüsü ilə irəli sürülən Qadınların Səlahiyyətlərinin Artırılması Prinsipləri “Qadınların səlahiyyətlərinin artırılması prinsipləri” WEPs (Women Empowerment Principles) təşəbbüsünə qoşulub. Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsipləri (WEPs) Azərbaycanda BMT-nin İnkişaf Proqramının Cənubi Qafqazda Qadınların İqtisadi Səlahiyyətlərinin Artırılması layihəsi (WEESC II) çərçivəsində həyata keçirilir. Layihə İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi və Avstriya İnkişaf Agentliyi tərəfindən maliyyələşir. Layihənin əsas hədəflərindən biri BMT-nin “UN Women”/“UN Global Compact” strukturlarının Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi prinsipləri (“Bərabərlik biznes deməkdir!”) haqqında məlumatlılığı artırmaq məqsədilə şirkətlərə texniki dəstək təmin etməkdir.
Günel Məlikzadə
Fins.az