Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə təşkil olunan silsilə tədbirlər çərçivəsində dekabrın 9-da Azərbaycan Respublikası Maliyyə Nazirliyinin kollektivi tərəfindən növbəti ağacəkmə tədbiri keçirilib.
Qurumdan Fins.az-a verilən məlumata görə, tədbir zamanı Xəzər rayonunun Şüvəlan qəsəbəsində ölkəmizin iqlim şəraitinə uyğun və dözümlü, dekorativ cəhətdən yaraşıqlı 1500-dən çox ağac əkilib. Ekologiya mütəxəssislərinin iştirakı ilə əkilən hər bir ağacın küləkdən qorunması və normal böyüməsi üçün mineral gübrələrdən və digər lazımi vasitələrdən istifadə edilib, suvarma işləri görülüb.
“Heydər Əliyev İli” ilə bağlı Maliyyə Nazirliyində təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq cari ilin mart ayında Binəqədi rayonunun Xocəsən qəsəbəsində, aprel ayında isə Xəzər rayonunun Şüvəlan qəsəbəsində keçirilmiş yaşıllaşdırma aksiyalarının davamı olan tədbir ulu öndər Heydər Əliyevin əziz xatirəsini uca tutmaq, ümummilli liderin təbiətə, ekologiyaya qayğı ənənələrini yaşatmaq məqsədini daşıyır.
Fuad Mədətov
Fins.az