SOSİUM

09 Dekabr

Biorobotlar sağaldacaq!

İnsan saçının eni qədər olan antrobotlar Tufts və Harvard universitetlərinin birgə araşdırmasının məhsulu kimi diqqəti cəlb edir. Araşdırmaya töhfə verən adlar arasında araşdırmaçı Gizem Gümüşkaya da var.

Fins.az xarici KİV-ə istinadən xəbər verir ki, insan nəfəs borusundan alınan hüceyrələrlə laboratoriyada insan əlləri ilə yaradılan kiçik biorobotların hərəkəti onların səthlərindəki "kirpiklər" adlanan kiçik tüklərlə təmin edilir.

"Kirpiklər" normal olaraq nəfəs borusunda hərəkət edən və tənəffüs yollarını təmizləyən hissəciklər kimi tanınsa da, Antrobotların qurulmasında istifadə edilən nəfəs borusundan alınan kirpiklər normal olaraq bədəndə etdikləri hərəkəti təqlid edərək hüceyrələr arasında hərəkət edir.

Laboratoriya mühitində aparılan sınaqlarda tədqiqatçılar mikroskop altında cızıqlar yaradaraq insanlardan alınan neyronları zədələmiş və beləliklə də “açıq yara”nı təqlid etmişlər.

Kiçik bir ərazidəki antrobotlar böyük klasterlərə birləşərək neyronlar arasında körpülər quraraq bu “açıq yara”nı sağalda bildilər.

Neyronların necə böyüdüyü hələ tam məlum deyil.

Bununla belə, bu kiçik biorobotların beyində yara və toxumaların sağalması, sinirlə əlaqəli xəstəliklərin müalicəsi kimi sahələrdə gələcəkdə böyük potensiala malik olduğu bildirilir.

Levin antrobotların insanın öz hüceyrələrindən əmələ gəldiyi üçün immunitet sistemini işə salmayacağını bildirib. O, müalicə zamanı toxunulmazlığı azaldan dərmanlardan istifadəyə ehtiyac olmayacağını deyir.

Günel Məlikzadə
​Fins.az