SOSİUM

01 Dekabr

Mərkəzi Bankda maliyyə institutları üçün silsilə təlimlər keçirilib - FOTO

Azərbaycan Respublikasının Mərkəzi Bankı (Mərkəzi Bank) maliyyə institutlarının fəaliyyətlərində “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunun (ƏL/TMM Qanunu) tələblərinin effektiv və keyfiyyətli tətbiqinin təmin olunmasını əhəmiyyətli hesab edir. Bu istiqamətdə qeyd olunan məqsədlərin əldə olunması üçün Mərkəzi Bank və Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti tərəfindən ƏL/TMM Qanunun tətbiqinə dair 27-30 noyabr tarixlərində maliyyə institutları üçün silsilə təlimlər keçirilib.

Bu barədə Fins.az-a AMB-dən məlumat verilib.

Təlimdə maliyyə institutlarının (bank, bank olmayan kredit təşkilatları, investisiya şirkətləri, həyat yığım sığortası fəaliyyəti ilə məşğul olan sığortaçılar, valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər, poçt rabitəsinin milli operatoru və mərkəzi depozitar) ümumilikdə 130-dan çox əməkdaşı iştirak edib.

Mərkəzi Bank bundan sonra da ƏL/TMM qanunvericiliyin tələblərinin effektiv təmin edilməsi üçün maliyyə institutlarının işçi heyətinin bilik və bacarıqların artırılması istiqamətində tədbirləri davam etdirəcəkdir.

Fuad Mədətov
Fins.az